08.06.2025, 22:31
AZ EN
21.11.2023, 20:30 296

Azərbaycan Prezidentinin Fransa kolonializmini ifşa edən fikirləri Gürcüstanın nüfuzlu KİV-lərində geniş işıqlandırılıb

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlər Gürcüstanın nüfuzlu KİV-lərində geniş işıqlandırılıb.

Qonşu ölkənin “interpressnews.ge”, “geotimes.ge”, “netgazeti.ge”, “palitranews.ge”, “aktual.ge” portalları dövlətimizin başçısının xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirləri barədə Azərbaycan, rus və gürcü dillərində silsilə materiallar yayıblar.

Azərbaycan Prezidentinin fikirlərinə istinadla yayılan materiallarda Fransanın Cənubi Qafqaz regionunda yeni müharibələr üçün zəmin hazırlaması, müstəmləkəçilik siyasətindən əl çəkə bilmədiyi, Avropadan kənarda yaşayan xalqların hüquqlarına və istəklərinə hörmətlə yanaşmadığı qeyd olunur. Həmçinin bildirilir ki, Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionda - Cənubi Qafqazda da sabitliyi pozur, burada separatçılıq meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, regionumuzda yeni müharibələrin başlanması üçün zəmin hazırlamaqla militarist siyasət yeridir. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək qərəzli, qeyri-obyektiv siyasətini həyata keçirir, müxtəlif regionlarda geosiyasi intriqalara əl atır, Qərb təşkilatlarından dövlətlərə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. (AZERTAC)

Oxşar xəbərlər