Bu barədə Rusiya bürosuna Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko bildirib.
"Ermənistan Xarici İşlər Nazirliyi faktiki olaraq sarsıdıcı fiaskoya uğradı. Azərbaycan tərəfinin arqumentləri nəzərə alındı. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi çox peşəkarcasına işlədi və çox aydın arqumentlər səsləndirdi", - ekspert bildirib.
İ.Korotçenko qeyd edib ki, müzakirələrdə iştirak edən ölkələrin əksəriyyəti siyasi dialoqun tərəfdarı olub: “Ölkələrin böyük əksəriyyəti üçün Ağdam-Xankəndi yolunun Qarabağ bölgəsinin humanitar yüklə təmini üçün ən uğurlu və qaneedici variant olduğu aydındır”. (Report)