Bunu Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev deyib.
Komissiya sədri bildirib ki, dairə üzrə 49 min 185 seçici qeydə alınıb. Onlardan 506 nəfəri ilk dəfə seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1116 nəfəri 80-100 yaş arasında, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır.
H.Mehdiyev qeyd edib ki, dairə və məntəqə seçki komissiyalarında sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Məntəqələrin 9-da veb-kamera quraşdırılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanılması yekunlaşıb.
Dairə üzrə 6 nəfər deputatlığa namizəd qeydə alınıb. Seçkilərin gedişini izləmək üçün 887 nəfər müşahidəçi qeydiyyatdan keçib. (AZƏRTAC)