Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də postmünaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəyə qarşı ərazi iddiaları və Minsk Qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilər aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. (Report)