Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana səfərindən dönüşü zamanı mediaya açıqlamasında bildirib.
Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları açmaq, təsirli və qalıcı həll yolları irəli sürmək üçün dünyanın yüksələn gücünə çevrilir. Biz gələcəyi daha əhatəli, daha ədalətli dünya qurmaq üçün daha çox çalışacağıq. Çünki dünyanın ümidi türk dövrünədir”.
İsrail-Fələstin qarşıdurmasına da toxunan Ərdoğan, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəklərini bildirib. (AZƏRTAC)