23.03.2025, 08:58
AZ EN
13.03.2025, 22:15 133

Tallin Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmaları alqışlayır

XƏBƏRLƏR
  • Estoniya Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

Bu barədə Estoniya xarici işlər naziri Marqus Sahkna sosial şəbəkədə yazıb.

"Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır. Biz sülh sazişinin mümkün qədər tez imzalanacağına ümid edirik", – nazir qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yaymışdı. (Report)

Oxşar xəbərlər