09.06.2025, 16:54
AZ EN
25.07.2024, 14:07 398

İran Ermənistana yarım milyardlıq silah satıb...

XƏBƏRLƏR
  • İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilə imzalanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə məlumatı “Iran International” öz mənbələrinə istinadən yayıb. Bildirilir ki, müqavilənin dəyəri 500 milyon dollar civarında qiymətləndirilir. Məlumata görə, müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemləri daxildir.

Məqalədə qeyd olunur ki, Ermənistanın Maliyyə Nazirliyi 2024-cü ildə müdafiə xərclərinin 2020-ci illə müqayisədə 81% artdığını bildirib. Ermənistanın 2024-cü ildə müdafiə büdcəsi təqribən 1,4 milyard dollar olub, ona görə də bu sazişlə İrana ayrılan vəsait bu büdcənin təxminən üçdə birini təşkil edir. Ermənistanın bunu necə ödəyə biləcəyi məlum deyil, lakin bəzi analitiklər hesab edirlər ki, kredit ödənişləri bir seçim ola bilər.

Nəşr İran-Ermənistan silah müqaviləsinin kamikadze dronlar və hava hücumundan müdafiə raketlərinin tədarükündən kənara çıxdığını yazıb. Mənbənin nəşrə verdiyi məlumata görə, bu, həm də kəşfiyyat əməkdaşlığı, sıx hərbi əlaqələr, təlim və erməni torpaqlarında bazaların yaradılmasını əhatə edir.

Ermənistan isə İran yarım milyardlıq silah satışına dair məxfi müqavilə imzalaması barədə məlumatları təkzib edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məsələyə müansibət bildirərkən “Iran International”ın yaydığı informasiyanı uydurma adlandırıb.

Xatırladaq ki, müvafiq xəbər Azərbaycanla İran münasibətlərində nəzərəçarpacaq dərəcədə normallaşmanın, müsbət tendensiyanın müşahidə olunduğu dövrə təsadüf edir. Görünür, rəsmi Bakı ilə Tehran arasında isti münasibətlərin yaranması hansısa xarici dairələrdə narahatlıq yaradıb. Həmin dairələrin təbliğat maşınından istifadə edərək feyk xəbərlərlə iki ölkər arasında və ümumiyyətlə regionda gərginlik yaratmaqda maraqlı olması da istisna edilmir.

Elxan SALAHOV

Oxşar xəbərlər