Bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının Baş redaktoru İqor Korotçenko deyib.
Onun sözərinə görə, Paşinyan eyni anda 3 tərəfin – ABŞ, Rusiya və Avropanın oturacağında əyləşməyə çalışır: “Buna görə də Nikol Paşinyanı birgə səylərlə düzgün istiqamətə yönəltmək lazım gələcək. Ermənistan üçün Azərbaycan ilə dinc münasibətlərin qurulması və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə tanınması şərtilə sülh müqaviləsinin imzalanması prosesi alternativsiz olduğundan onların düzgün qərarlar qəbul etməsinə imkan yaratmaq və stimullaşdırmaq lazımdır”.
Rusiyalı ekspertin fikrincə, Azərbaycan və Rusiyanın birgə səyləri nəticəsində Ermənistan konstruktiv yol tuta, üçtərəfli bəyanatın və yüksək səviyyəli digər sazişlərin müddəalarını yerinə yetirməyə başlaya bilər. (Report)