11.07.2025, 15:38
AZ EN
07.07.2025, 11:29 171

Ermənistan ikiüzlü siyasətini dəyişməyib

XƏBƏRLƏR
  • "Ermənistandakı bəzi dairələr və onların havadarları bölgədə baş verən prosesləri istədikləri şəkildə yozaraq, öz lərini sülhsevər tərəf kimi göstərməyə çalışır. İddia olunur ki, Paşinyan Türkiyəyə sonuncu səfərində Ankara ilə nələrsə razılaşdırılıb, nəticədə Rusiya bölgədən çəkilir. Amma Paşinyan artıq 7 ildir hakimiyyətdədir və hələ də İrəvanda Qərbyönlü kursdan danışılır. Haslbuki bu, söz oyunundan başqa bir şey deyil. Çünki Paşinyanın hakimiyyətdə olduğu 7 il ərzində Rusiyanın Ermənistan üzərində dominant təsiri dəyişməyib”.

"Vətən səsi" xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı erməni mətbuatı vasitəsilə yayılan iddialar və bəzi dairtələrin təbliğat xarakterli açıqlamalarını şərh edərkən bildirib. O, qeyd edib ki, sülh prosesi ilə bağlı “sənəd imzalanmaq üzrədir” tipli xəbərlər də gerçəkliyi əks etdirmir: “Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz Konstitusiyasından və digər normativ sənədlərindən Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Bu şərtlər yerinə yetirilməyincə heç bir sənəd imzalanmayacaq. Amma erməni tərəfi real addımlar atmadan “mülayimlik görüntüsü” yaradır, sanki hər şey müsbət gedir. Əslində isə belə deyil”.

Sabiq nazir vurğulayıb ki, Ermənistanın tarix boyu xarici güclərin, xüsusilə Rusiyanın Qafqazda forpostu olub və həmin siyasət indi də davam edir. Onun fikrincə, Nikol Paşinyanın hakimiyyəti Rusiyanın təsirindən çıxmaq istiqamətində indiyədək cəmi bir konkret addım atıb ki, bu da rus hərbçiləriniun Zvartnots hava limanından çıxarılmasıdır: "Lakin Ermənistanın bu addımları da yarımçıqdı, Ermənistanın dövlət sərhədlərində və təhlükəsizlik infrastrukturunda hələ də rusların mövcudluğu davam edir.  Üstəlik, Ermənistanda KTMT-nin üzvlüyündən də imtina etməyib, İrəvanın həmin təşkilata üzvlük haqqının ödənilib-ödənilmədiyi bəlli deyil. Halbuki bunu da qərbyönlü addım kimi kimi təqdim edirlər. Digər tərəfdən Ermənistan Rusiya əleyhinə sanksiyaların dolayı yollarla pozulması üçün əsas qovşaqlardan birinə çevrilib. Bütün bunlar o deməkdir ki, Ermənistan bu gün də Rusiyanın forpostu olaraq qalır və həmin yanaşma dəyişməyib. Ermənistan sadəcə olaraq öz rolunu dəyişdirmədən yeni geosiyasi patronlar axtarır. Bu axtarışlar da informasiya təbliğatları ilə müşayiət olunur”.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistan Konstitusiyasının 30 illiyinə həsr olunmuş bayram tədbirində yeni Konstitusiyanın hazırlanacağı barədə çağırış edib. O, qeyd edib ki, Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var: "Yeni Konstitusiyanın konkret məqsədi olmalı, ölkədəki mövcud olan reallığı ifadə etməlidir. Reallıq belədir. Ermənistan Respublikası öz vətəndaşlarına deyir ki, Vətən və dövlət artıq eyni deyil. Lakin əvvəlki dövrlərdən, çox minillik tariximizdən fərqli olaraq, mesajımız son dərəcə aydın olmalıdır və bu mesajın mənalı ifadəsi Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni Konstitusiya olmalıdır. Və bu Konstitusiya deməlidir: siz Ermənistan Respublikasının vətəndaşısınız".

Elxan SALAHOV

Oxşar xəbərlər