Qeyd olunub ki, Qarabağdan könüllü köçənlər təkcə azərbaycanlıların qovulduqları müxtəlif kəndlərdəki boş evlərdə deyil, həm də Abivyan, Dilican, Karvansara, Gümrü və s. şəhərlərdə də məskunlaşmaq istəyirlər. Əlavə olunub ki, onların məqsədi İrəvanda qalmaq və ayrıca məhəllədə kompakt mıskunlaşmaqdır. Bu barədə hökumətə müxtəlif məzmunlu məktublar da ünvanlanıb. Hökumət isə bununla razılaşmayıb. İqtidar yönümlü agentlik öz mənbələrinə istinadən belə qənaətə gəlib ki, Qarabağdan köçənlərin bu təxribatçı istəklərinin başında R.Köçəryan, S.Sarkisyanın rəhbərlik etdikləri gah "alban", gah "Qarabağ klanı" adlanan qeyri-qanuni qurum durur. Əlavə edilib ki, İrəvan sakinləri "albanların" burada məskunlaşmaq istəyindən heç də razı deyillər və tərəflər arasında dəfələrlə yumruq davası da olub.
Mənbə bu narazılıqların silahlı qarşıdurmaya səbəb olacağını da istisna etmir.
Nəsib Qaramanlı