19.11.2025, 17:20
AZ EN
21.10.2025, 17:52 132

Ermənistan üçün Bakı üzərindən Xəzərə çıxış imkanı yaradılır

XƏBƏRLƏR
  • “Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında davamlı və diversifikasiya olunmuş əlaqələrin inkişafı regionun iqtisadi potensialını açmaq və uzunmüddətli rifahı təmin etmək üçün açar rol oynayır”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. O, qeyd edib ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin tarixi görüşü bölgədə kommunikasiyaların açılması üçün real fürsət yaradıb: "Həmin görüşdə imzalanmış birgə bəyanat, eləcə də TRIPP proqramının tam həyata keçirilməsi Cənubi Qafqazı səmərəli və təhlükəsiz logistika mərkəzinə çevirə bilər".

Ararat Mirzoyan bildirinb ki, məhz Vaşinqton razılaşmasından sonra Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində mühüm addımlar atılıb. Onun fikrincə, Ermənistan və Türkiyə arasında infrastrukturun açılması da Vaşinqton razılaşmasının əsas komponentləindəndir: "Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun bərpası böyük sərmayə tələb etmir və qısa müddətdə istismara verilə bilər. Bu yol Ermənistan və Azərbaycan dəmir yolu əlaqələri ilə birlikdə Orta Dəhliz layihəsinin bir hissəsinə çevrilə bilər. Üstəlik, bu, Bəsrə körfəzi, Qara və Xəzər dənizləri arasında vahid dəmir yolu şəbəkəsi yaradacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər