Ermənistanın hökumət başçısı qarşılıqlılıq və bərabərhüquqluluq prinsipləri, habelə suverenlik və milli yurisdiksiyalar əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edib. Onun sözlərinə görə, baş verən müsbət və konstruktiv dəyişikliklər bu böyük regionun bütün ölkələri üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir.
“Bu baxımdan, yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması barədə qərara görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunması çərçivəsində əldə edilmiş ilk və ən mühüm nailiyyətlərdən biridir”, – deyə Nikol Paşinyan vurğulayıb. (AZƏRTAC)