Bu barədə erməni KİV-lərində qeyd edilib.
Bildirilib ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya qətnamədən Ukraynaya təcavüzə işarəni çıxarmaq istəyir, lakin sənəd lehinə 122 səslə qəbul edilib.
Digər ölkələrlə yanaşı, Ermənistan, Qazaxıstan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib. Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıblar. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər 15 ölkə bitərəf qalıb. (Trend)