20.10.2024, 00:06
AZ EN
19.07.2023, 17:10 213

Səfir: “Almaniya Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini dəstəkləməyə sadiqdir”

XƏBƏRLƏR
  • “Almaniya Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini dəstəkləməyə sadiqdir”.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviter səhifəsində yazıb.

O, ədalətli və dayanıqlı sülh yolunda Avropa İttifaqı və tərəfdaşlarla apardığı müzakirələrə görə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə minnətdarlığını bildirib.

Diplomat qeyd edib ki, Almaniya mümkün qədər tez bir zamanda sülhə nail olmaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə sadiqdir. (Report)

Oxşar xəbərlər