Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, almaniyalı həmkarı Ermənistanda Azərbaycan ərazilərindən miqrasiya edən şəxslərlə görüşdüyünü deyib: “O bildirdi ki, görüşün məqsədi məlumatların öyrənilməsi olub. Azərbaycanda olan məcburi köçkünlərin sayı Ermənistana miqrasiya edənlərin sayından daha çoxdur. Xanım nazir azərbaycanlı məcburi köçkünlərlə görüş keçirsəydi, daha çox məlumatlı olardı”. (Report)