XİN sözçüsü "Twitter" paylaşımında deyib: “ Görünür, Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır.
Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub.
Əgər erməni tərəfi keçmiş münaqişənin səbəbləri və mahiyyəti ilə tanış olmaq istəsə, biz Ermənistana bir daha BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı sənədlərini oxumağı təklif edərik”. (APA)