30.10.2024, 13:18
AZ EN
23.05.2023, 19:00 311

Zaxarova: “Azərbaycan və Rusiya KİV-i arasında mütəmadi görüşlər keçirilməlidir”

XƏBƏRLƏR
  • “Azərbaycan və Rusiya KİV nümayəndələri arasında mütəmadi görüşlər keçirilməlidir”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirilən “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda təşkil olunan dəyirmi masa haqda fikirlərini bölüşərkən vurğulayıb.

O qeyd edib ki, belə görüşlər çox vacibdir: “İki ölkənin media nümayəndələri arasında birbaşa təmas və dialoq lazımdır”.

M.Zaxarovanın sözlərinə görə, ölkələr arasında XİN-lərarası məsləhətləşmələr formatı çərçivəsində media əməkdaşlığı məsələləri də müzakirə olunur: “Lakin media ilə birbaşa əlaqə olmasa, bütün bunlar yarımçıq olacaq”.

O, belə görüşlərin mütəmadi keçirilməli olduğunu vurğulayıb və növbəti görüşün Azərbaycanda keçiriləcəyinə ümid etdiyini bildirib.("Report")

Oxşar xəbərlər