24.12.2024, 04:01
AZ EN
22.05.2023, 09:30 180

“Başbilənlərinin oyunlarının “oyunu”na oynayan ermənilər....

XƏBƏRLƏR
  • Azərbaycan 86.6 kvadrat  km əraziyə sahib olduğunu və bu çərçivədə suverenliyini bütün dünyaya göstərdi. Artıq ermənilər, o cümlədən onların vaxtilə  Qarabağ Ermənistandır və nöqtə deyən liderləri bu gün açıq şəkildə etiraf edirlər ki, Qarabağ Azərbaycandır! Bu mövqe erməni lobbisi və revanşist dairələrin sülh sazişi ətrafında qurduqları labirintin tam açılması deməkdir. Bu mövqe Ermənistan hakimiyyətinə separatizmlə bağlı hər hansı manipuliyasiya imkanlarını saxlamır. Nəhayət, bu mövqe sonuncu təkliflər paketinin məzmunu barədə  Prezident İlham Əliyevin dediklərinin məğlub ölkədə son xəbərdarlıq kimi qəbul edildiyinin real təsdiqidir: “Yenidən Azərbaycanın ərazi bütövlüyünü sual altına almaq cəhdləri, yenidən Ermənistanla Azərbaycan arasında sülh razılaşmasına hansısa yollarla  qondarma Dağlıq Qarabağı daxil etmək cəhdləri, yenidən bizim terrorizm, ekterimizim, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair təklifimizi rədd etmək cəhdləri,  hamısı qaldı. Yalnız separatizmin üstündən Ermənistan xətt çəkdi. Bu o deməkdir ki, onlar yenidən Azərbaycanda separatizmə rəvac verəcəklər”.

Nikol Paşinyanın Brüssel və Rekvaykda razılıq verdiyi bəndlər artıq qarşı tərəfin separatçı fəaliyyəti üçün də hüquqi kart-planşın qalmadığını göstərir. Ermənistan Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyinin Bakı tərəfindən təmini maddəsinə müsbət reaksiya ortaya qoymaqla, əslində,  bundan sonra bölgədə hər hansı separatizmə əl atmayacağı öhdəliyini götürüb. Lakin bu, ilk baxışda belədir. Hayların mütəmadi şəkildə öhdəliklərini pozduqlarını nəzərə alsaq,  indiki xoşməramın da  yarımçılq qala biləcəyini proqnozlaşdırmaq olar. Məsələn, ya Paşinyanı devirə billərlər, ya Qarabağdakı separatçı tör-töküntü, Xocalıda məskunlaşan on min silahlı qüvvə ilə “müstəqillik” avantürasını gerçəkləşdirilməsi həvəsinə düşə bilər,  ya da beynəlxalq mexanizmlər adı altında müxtəlif qüvvələrin anti-Azərbaycan fəallıqlarını artırması, İrəvanın indiki tezisdən geri çəkilməyə şirnişdirə bilər. Belə bir gediş hayları faciəli sonunca doğru aparacaq.  Ona görə də rəsmi İrəvan yalançı patriotizmdən uzaqlaşaraq “miatsum” ideyasının iflasa uğradığı faktı ilə artıq razılaşmalıdır. Brüsseldəki kimi.

Millət vəkili Tural Gəncəliyev məsələ ilə bağlı Az.TV-yə açıqlamasında bildirib: “Ermənistan Avropa İttifaqının ən yüksək rəsmi vəzifəli şəxsinin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Həmin bu Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Qarabağın Azərbaycanın tərkib hissəsi olması, Şarl Mişelin müvafiq bəyanatında da  öz əksini tapdı və beləliklə də,  cənab Prezidentin apardığı müdrik, ağıllı, xarici siyasət və qarşıya qoyulan hədəflərə addım-addım çatması  bir daha sübut etdi ki, biz müharibə meydanında oluğu kimi, diplomadik, cəbhədə də  öz istəklərimizə nail olduq”.

Erməni separatizminə ən böyük zərbə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin  qurulması oldu. Laçın dəhlizi terminini leksikondan tədricən silən haylara Beynəlxalq “Qızıl Xaç” Komitənin müvəqqəti baykot taktikası da kömək etmədi. Laçın postunun varlığı isə Qarabağdakı qanunsuz bandaların  kapitulyasiyasının birinci şərtidir. Beləliklə, üç yol var: erməni silahlı dəstələri özlərini buraxır və Qarabağ bölgəsini tərk edirlər. Rusiya sülhməramlıları silahlı bandaları tərksilah edilərək regiondan  çıxarılması prosesini həyata keçirir. Azərbaycan  10 noyabr bəyanatında əksini tapan  bəndi anti-terror əməliyyatı hesabına icra edir, bölgədə təhlükəsizliyin təmininə tam nail olur. Amma mühüm bir nüans var: erməni revanşistləri mayın 19-da  Rusiya platformasında gerçəkləşən Rusiya-Azərbaycan-Ermənistan  xarici işlər nazirliyinin başçıları ilə görüşünün nəticələrindən çox şey  gözləyir. Başqa sözlə desək, onlar Vaşinqton-Brüssel danışıqlarında İrəvan  üçün arzuolunmaz şərtlərin  Moskvada dəyişə biləcəyinə son ümidlərini bağlayıblar. Anti-paşinyançılar Qarabağın əldən getdiyinin hüquqi tanınması məsələsini bəlli instansiyaların təsdiqinə çıxarma prosesini ertələməyə çalışa bilərlər.

Paşinyan və onun komanda yoldaşları oynamağa meyllidirlər, buna söz yox. Lakin hay başbilənləri nəhayət ki, bu oynunun başqa bir “oyun” olduğunu dərk etməlidirlər. Yoxsa....

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər