"Vətən səsi" xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev bildirib. O, qeyd edib ki, erməni tərəfinin bu etirafları məhz indi etməsi daha çox maraqlıdır: "Əsas odur ki, bunu etiraf ediblər. Əslində bu, Ermənistanın qarşı tərəfi "güzəştə getməyə hazırıq" mesajı deməkdir. Həmçinin Simonyan bu etirafı Qarabağın vaxtilə işğal altında olmuş ətraf 7 rayonu ilə bağlı edib-etməməsi aydınlaşmalıdır. Əgər onlar keçmiş Dağlıq Qarabağın ətraf bölgələrini nəzərdə tutursa, bu, birmənalı yanaşma olacaq".
Ekspert hesab edir ki, qarşı tərəfin Azərbaycanın apardığı müharibənin BMT qətnamələrinə uyğun olduğunu qarşı tərəfin etiraf etməsi rəsmi Bakı üçün beynəlxalq hüquq müstəvisində əlavə üstünlüklər qazandıra bilər. Ən başlıcası isə Azərbaycan ərazilərinin işğal faktına görə, Ermənistanın ödəyəcəyi təzminat məsələsi var: "Bu məsələ gündəlikdədir. Reallıq odur ki, BMT qətnamələri var və bu, birbaşa işğal faktının təsdiqidir. Simonyanın bunu deyib-deməməsi heç nəyi dəyişmir. Təzminat məsələsinə gəlincə, bununla bağlı beynəlxalq hüquqda fərqli yanaşmalar var. Ona görə də təzminat məsələsini beynəlxalq məhkəməyə çıxarmaq olmur. Lakin bəzi konvensiyalar beynəlxalq məhkəməyə getmək üçün imkanlar tanıyır. Ona görə də Azərbaycan bu hüquqi özündə saxlayır. Danışıqlar prosesində bu məsələ öz həllini tapacaq".
Elxan SALAHOV