10.10.2025, 21:49
AZ EN
10.10.2025, 15:58 115

Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb

XƏBƏRLƏR
  • Azərbaycan tarixinə həsr olunmuş yeni bədii-sənədli filmin çəkilişlərinə başlanılıb.

Bu barədə  Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirilib ki, məqsəd Azərbaycanın qədim dövlətçilik ənənələrini, mədəni irsini və tarixi şəxsiyyətlərini müasir kino dili ilə tamaşaçıya təqdim etməkdir. Film həm sənədli faktların, həm də bədii təxəyyülün vəhdəti kimi qurulub və milli kimliyin formalaşmasında mühüm mərhələləri əhatə edəcək.

Qeyd olunub ki, baş rollarda tanınmış aktyorlar - Rüstəm Cəbrayılov və Ümid Qədimli çıxış edirlər. Eyni zamanda, ekran əsərində Xalq artisti Vidadi Həsənov, eləcə də Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov və Nigar Qədirli kimi tanınmış simalar da rol alıblar.

Layihənin quruluşçu rejissoru Elmar Bayramovdur.

Hazırda çəkilişlər Azərbaycanın bir neçə bölgəsində – tarixi abidələri və təbiət mənzərələri ilə seçilən məkanlarda aparılır.

Filmdə ən müasir texnoloji həllər və kino effektlərindən istifadə olunacaq.(Report)

Oxşar xəbərlər