Birliyin sədri Ramilə Mustafayeva tədbiri açıq elan edib və tədbir iştirakçılarına Heydər Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu sahəsində əldə edilən nailiyyətlər, Ulu Öndərin Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfələr barədə məlumat verib.
Yerli ictimaiyyət və hakimiyyət orqanları nümayəndələrinin iştirak etdiyi tədbirdə türk xalqlarının birliyinə nail olmaq məqsədilə Heydər Əliyevin uzaqgörən addımlar atdığı bildirilib. Bununla yanaşı, qazax və azərbaycan xalqları arasında dostuq və qardaşlıq münasibətlərinin, eləcə də ortaq milli-mənəvi dəyərlərin yaşadılmasının önəmindən danışılıb.
Tədbirdə həmçinin diaspor təşkilatının rəhbəri Natiq İbrahimov və digər icma rəhbərləri də çıxış ediblər.
Tədbirin bədii hissəsində qazax, azərbaycan, uyğur rəqsləri ifa olunub, eləcə də Analar Şurasının sədri və üzvləri tərəfindən qazax dilində mahnılar oxunub və bu dildə “Qarabağ” marşı səsləndirilib.
Tədbirin sonunda Qarabağ məktəbinin şagirdləri arasında keçirilən rəsm və inşa müsabiqəsinin qaliblərinə hədiyyələr verilib.
Hazırladı: Mina RƏŞİD