Bunu Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev Bakıda keçirilən “Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Heydər Əliyev ölkə üçün ən ağır dövrdə hakimiyyətə gəlib: “Bu müddət ərzində o, iqtisadiyyatı bərpa edə bilib, Azərbaycan xalqını parlaq gələcəyə inandırmağa nail olub. O, həm də yeni müstəqil Azərbaycanda yeni səhifə açıb”.
O əlavə edib ki, böyük liderin sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb.
K.Taysayev qeyd edib ki, Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verib. (Report)