Bu sözləri Rusiyanın Əməkdar jurnalisti, Sverdlovsk vilayətinin sabiq qubernatoru Eduard Rosselin mətbuat katibi Aleksandr Levin Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşərkən deyib.
“O vaxt onlar çox şey barədə, ilk növbədə, Yekaterinburqda Azərbaycanın Baş konsulluğunun açılması haqqında razılığa gəldilər. Axşam proqram üzrə şam yeməyimiz vardı və protokola əsasən orada Baş nazir iştirak etməli idi. Lakin Heydər Əlirza oğlu bu qəbula özü gəldi, orada bizimlə 3 saata yaxın söhbət etdi. Bu, heyranedici idi. Bu görüş şəxsən mənim üçün ömürlük yaddaqalan oldu. Heydər Əliyev ziyalı, savadlı, unikal hafizəyə sahib ecazkar insan idi. O mənim yaddaşımda canlı, maraqlı və gənc insan kimi qalıb”, - deyə A.Levin vurğulayıb. (AZƏRTAC)