08.09.2024, 07:59
AZ EN
29.12.2023, 17:01 249

“Heydər Əliyev İli” çərçivəsində silsilə kitablar

XƏBƏRLƏR
  • Yazıçı-publisist Vəsimə İsmayılqızının 3 seriyadan ibarət silsilə kitablarının ilk 10 cildi çapdan çıxıb. Qeyd edək ki, silsilə kitabların birincisi “Heydər Əliyevin Vətən səfərləri” seriyasından olan çoxcildlikdir. Nəşr Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanıb. Seriya 2 kitabdan ibarət ensiklopedik topludan və Heydər Əliyevin rayonların hər birinə ayrı-ayrılıqda səfərlərini əks etdirən çoxcildlikdən ibarətdir.

“Heydər Əliyevin Vətən səfərləri” ensiklopedik toplusunun I kitabıUlu Öndərin respublikaya rəhbərlik illərinin birinci dövrünü əhatə edir. Topluda Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövrdə rayonlara səfərləri və Bakı şəhərində Mərkəzi Komitədən kənarda iştirak etdiyi tədbirlər haqqında məqalələr toplanıb. Ensiklopedik toplunun meyarlarına uyğun şəkildə, bəzi hallarda isə istisnalarla hazırlanmış məqalələr məqalədaxili xronoloji ardıcıllıqla verilib. Məqalələr həmin dövrün fotoşəkilləri ilə müşayiət olunur.

Mina RƏŞİD

Oxşar xəbərlər