30.10.2024, 13:28
AZ EN
03.10.2023, 09:16 106

“Heydər Əliyev obrazı ilmələrin gözü ilə” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə sentyabrın 28-də “Nur Art House” xalça qalereyasında “Heydər Əliyev obrazı ilmələrin gözü ilə” adlı tədbir keçirilib.

Tədbir Ulu öndərin 100 illiyi münasibətilə İB tərəfindən həyata keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində gerçəkləşib.

Qeyd olunub ki, tikmə sənətini Ulu öndər Heydər Əliyev də yüksək qiymətləndirib və onun inkişafına xüsusi diqqət ayırıb. 1972-ci ildə Xalça Muzeyinin İçərişəhərdə yerləşən ilk ekspozisiyasının açılışında şəxsən iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İrsimizin Tədqiqi və Təbliği” İB-nin sədri Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib.

Azərbaycan tətbiqi sənət nümunələrinin tanınmış tədqiqatçısı Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva Ulu öndərin xalça sənətinə və xalçaçılara olan qayğısından bəhs edib, xatirələrini bölüşüb.

Tədbirdə Nazilə Əbilova, Tahir Məcidov, Esmira Musayeva, Mehriban Kərimova və Elşən Hüseynovun əl işləri nümayiş olunub. Gənclərin də mövzuya dair rəsm və tikmələrdən ibarət sərgisi təşkil edilib. Təqdim olunan əsərlər arasında diqqətçəkən işlərdən biri də Əməkdar rəssam Adil Şıxəliyevin Heydər Əliyev obrazını ilmələrdə əks etdirən qobeleni olub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər