21.11.2024, 19:16
AZ EN
27.04.2023, 12:27 288

Korotçenko: “Heydər Əliyevin müdrikliyi Rusiya ilə Azərbaycan arasında dostluğun əsasını qoymağa imkan verib”

XƏBƏRLƏR
  • “Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev SSRİ-nin ən populyar və böyük siyasətçilərindən birinə çevrilib”.

Bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Ekspert qeyd edib ki, Heydər Əliyev əvvəlcə Azərbaycan SSR-ə rəhbərlik edib, ölkədə kənd təsərrüfatı və elmin inkişafı sahəsində strateji nailiyyətlər əldə edib və şəxsi keyfiyyətləri sayəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə namizədliyi irəli sürülüb: “SSRİ-nin 12 nazirliyi məhz Heydər Əliyevin nəzarəti altında idi. O, sovet iqtisadiyyatının ən mühüm sahələrinə - maşınqayırma, ticarət və yüngül sənaye sahələrinə rəhbərlik edib. Üstəlik, mədəniyyət sahəsi ilə bağlı layihələrə də başçılıq edib. Bundan əlavə, SSRİ Nazirlər Sovetinin 10 ən mühüm qərarında onun imzasına rast gəlmək olar”.

“Rusiya Prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, məhz Heydər Əliyevin müdrikliyi sayəsində Rusiya ilə Azərbaycan arasında dostluğun və hörmətin əsası qoyulub. Bu gün isə bu kursu dahi atanın oğlu İlham Əliyev inamla davam etdirir”, - İ.Korotçenko vurğulayıb. (Report)

Oxşar xəbərlər