Bunu Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Yuriy Kamelçuk bildirib.
"Rusiya yanacaq qiymətlərini artırmağa başladığı və Ukraynaya tədarükü dayandırdığı 1997-ci ildə Azərbaycanın köməyi ilə Ukrayna məhsul yığımını həyata keçirə bilmişdi. Biz bunu unutmarıq. Heydər Əliyev digərləri üçün nümunə olan müasir Azərbaycanın qurucusudur", - o deyib.
Y.Kamelçuk Heydər Əliyevə minnətdar olduqlarını vurğulayıb:
"Biz Rusiya ilə müharibədə Azərbaycanın göstərdiyi köməyi unutmuruq və hər zaman bir-birimizə kömək edəcəyik. Ölkələrimiz arasında etimadın bu qədər yüksək səviyyədə olmasına görə Heydər Əliyevə sonsuz təşəkkür edirik". (Report)