27.07.2024, 19:49
AZ EN
29.08.2023, 09:01 278

Ceyhun Məmmədov: Misirdə “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib"

XƏBƏRLƏR

Ceyhun Məmmədov yazır:

Misir Ərəb Respublikasına səfərimiz zamanı Azərbaycanın Misirdəki səfiri Elkhan Polukhovla birlikdə bu ölkədə fəaliyyət göstərən, Azərbaycanı Misirdə uğurla təmsil edən tədqiqatçı alim Dr. Seymur Nasirovun rəhbərlik etdiyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olduq.

Qeyd etmək lazımdır ki, cəmiyyət Misir-Azərbaycan əlaqələrinin inkişafı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

Onlardan biri də “Heydər Əliyev İli” çərçivəsində  yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilməsidir. Misirli gənclərin Azərbaycanın xalçaçılıq sənətinin sirlərinə yiyələndiyini görmək həqiqətən də çox qürurvericidir.

Onu da qeyd edim ki, xalçaçılıq sənəti ilə yanaşı, hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə kurslarda 55 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, dostum Seymur Nəsirova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəaliyyətində yeni uğurlar arzulayıram.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər