17.09.2024, 00:56
AZ EN
14.06.2023, 08:41 178

Ulu Öndər Heydər Əliyev Türkiyə ilə münasibətlərimizin təməlini Naxçıvanda qoyub

XƏBƏRLƏR

Müstəqil Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında əlaqələrin qurulmasında ilk ümid Naxçıvandan başlamışdı. O dönəm Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi bu təşəbbüsü Heydər Əliyev irəli sürmüşdü. Söhbət Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində “Ümid” körpüsünün salınmasından getsə də bu tikili daha böyük məna daşıyırdı. 1991-ci ilin oktyabrın 9-da Türkiyə Cümhuriyyətinin Quruluş günündə “Ümid” adı ilə salınan körpü  1992-ci ilin mayın 28-də Azərbaycanın müstəqqillik günündə vüsal körpüsü kimi artıq təntənəli surətdə istifadəyə verildi. Heydər Əliyevin və baş nazir Süleyman Dəmirəlin  iştiraki ilə keçirilən mərasim  Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin təməlini qoyubdu. Bu münasibətlərin hələ Naxçıvanda, Ali Məclisin sədri olan Heydər Əliyev tərəfindən qurulması olduqca əhəmiyyətli idi. Heydər Əliyev müsətqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirdiyi zamanlardan Türkiyənin də bu siyahıda olması zəruriliyini açıqlayırdı. 1992-ci il martın 2-dən 25-nə qədər  Türkiyə hökumətinin dəvəti ilə  bura səfər edən Heydər Əliyev Ankarada prezident Turqut Özalla görüşdü. Baş nazir Süleyman Dəmirəl ilə də görüşən Heydər Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələlərini onunla müzakirə edib. Həmçinin Ankarada Naxçıvan ilə Türkiyə arasında əməkdaşlıq protokolunun imzalanması Naxçıvanı blokadadan çıxarmaq üçün unikal  imkan yaratdı. Burda hər yüz nəfər naxçıvanlı gəncin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı.Həmin şəraitdə Türkiyə universitetlərinin qapısının açılması və azərbaycanlı tələbələrin təhsilinin və yaşamının həmin dövlət tərəfindən qarşılanması olduqca  böyük imkan idi. Azərbaycanın müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanıyıb. Heydər Əliyev 1993-cü ilin  iyununda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Türkiyə ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına böyük önəm verirdi. Bu addımlar sonralar müstəqil Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunadək təsir etdi. 8-11 fevral 1994-cü il tarixlərində Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə artıq Azərbaycan Prezidenti kimi rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına zəmin yaratdı.

“Biz Türkiyə ilə təkcə xoş  günləri bölüşmürük. 1999-cu ilin noyabrında  Heydər Əliyev Türkiyənin Kocaeli şəhərinə gələrək avqustda baş verən zəlzələ zonasına  baş çəkdi. Kocaeli universitetindəki nitqi zamanı o fəlakətin Azərbaycan xalqını da  sarsıtdığını, zəlzələnin türk xalqını nə qədər istiraba salıbsa,  Azərbaycan xalqına da  bir o qədər təsir etdiyini xüsusi olaraq vurğulayıb. “Bir millət, iki dövlət” tezisini dəfələrlə qeyd edən Heydər Əliyev milli kimliyi etnik mənsubiyyətlə əlaqələndirməklə XX əsr boyu rəsmi sənədlərdə və ədəbiyyatda  azərbaycanlıların tatar və ya müsəlman milləti adlandırılmasına qarşı çıxırdı. Azərbaycan xalqının milli kimliyi və türk məsələsi ilə müxtəlif fikirlər fonunda Heydər Əliyev bizim  türk olduğumuzu birmənalı bəyan etmişdi. Mustafa Kamal Atatürkün zamanında “Nə mutlu türküm deyənə” ifadəsi özünü türk sayan hər kəsə aid etməsindən qaynaqlanır. Əlbəttə, bir millət, iki dövlətin kədəri də, sevinci də  bir olur. Bu kədərli və sevincli günlər bizə ortaq miras buraxıb. “Ümid” körpüsü qardaş dövlətlərin birgə addımladığı yolun başlanğıcı idi  və zamanla şaxələnən əlaqələr bu körpünün imkanlarını daha da möhkəmləndirdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər