15.09.2025, 20:27
AZ EN
16.03.2023, 10:51 317

5-ci kalon Nikol özüdür

XƏBƏRLƏR
  • Bu sözləri general Movses Hakopyan “Hraparakın müxbiri Lusine Şahverdiyanla müsahibəsində deyib. O, əlavə edib ki, baş nazir Nikol Paşinyan martın 14-dəki mətbuat konfransı zamanı dəfələrlə qeyri standart ifadələrlə 44 günlük müharibə dövründə orduda “5-ci kalon” olması barədə fikirlər səsləndirib.

Müharibədəki məğlubiyyətdən  iki ildən çox vaxt keçsə də baş nazirin hələ də günahkar axtarışından əl çəkmədiyini diqqətə çatdıran general ən böyük günahkarın məhz Nikol Paşinyanın özü olduğunu vurğulayıb.

O, deyib: “Müharibədən sonra o, çoxsaylı "günahkar kəşf etdi"- sabiqlər, generallar, Qaqlk Çakuryan, Artur Vanesyan, müxalifət, ordu, Rusiya, bir sözlə, ali baş günahkar yəni özündən başqa hamı günahkardır. Bu üç ildə onların günahkar olduğu sübuta yetirilmədiyinə görə  Nikol Paşinyan müqəssir axtarışını yenə də davam etdirir”.

Müsahibədə diqqət çəkən məqamlardan biri də dünən  baş nazirin müdafiə nazirliyinin  binasında rəhbər zabit heyəti ilə görüşüb mövcud durumun təhlili zamanı ordunun döyüş qabiliyyətinin artırılması üçün müxtəlif üsullardan istifadə edildiyini və Ermənistanın guya daha məğlub olmayacağı ilə bağlı söylədiyi fikirlərə generalın ironiya ilə münasibət sərgiləyib Nikol Paşinyanın rəhbərliyi ilə heç bir qələbə mümkün olmayacağını bəyan etməsidir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər