21.01.2025, 02:02
AZ EN
20.01.2025, 12:24 148

Koçaryanın işi üzrə keçmiş prokuror İstintaq Komitəsini tərk edib

XƏBƏRLƏR
  • Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə keçmiş prokuror Petros Petrosyan İstintaq Komitəsinin Əmlak cinayətlərinin araşdırılması üzrə İdarənin rəisi vəzifəsindən gedib.

Məmur vəkillik fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu bildirib.

Petrosyan 2024-cü ilin yanvar ayından sözügedən idarənin rəisi olub. Bundan əvvəl o, Baş Prokurorluqda bir sıra rəhbər vəzifələrdə çalışıb.

Petrosyan 2018-2019-cu illərdə Koçaryana qarşı işdə ittihamçılardan biri olub.

Petrosyanın İstintaq Komitəsindən getməsi qurumun rəhbərinin dəyişməsindən iki ay sonra baş verib. Arqişti Kərəmyanın əvəzinə İstintaq Komitəsinə baş prokurorun keçmiş müavini Artur Poqosyan rəhbərlik edib. (Report)

Oxşar xəbərlər