O, deyib ki, indiki bələdiyyə başçısı Tiqran Avinyan ABŞ- a səfəri zamanı da dövlət büdcəsindən xeyli vəsait mənimsəyib və qiymətləri qaldırmaqla vurduğu ziyanı əvəzləmək istəyir. Ölkədə korrupsiya, rüşvət və sosial ədalətsizliyin durmadan inkişaf etdiyini vurğulayan H.Marutyan belə davam edərsə aclıq və dilənçilərin baş alıb gedəcəyini də açıqlayıb. Məmurların dövlət vəsaiti ilə bahalı avtomaşınlar almasını iqtisadi böhran içində olan cəmiyyətin bataqlığa doğru getdiyindən narahatlıq ifadə edən sabiq məmur müxaliflərin dəstək də istəyib. Ermənistan azadlıq partiyasının sədri Levon Zorabyan da həmin aksiyaya qoşularaq Hayk Marukyanın doğru olduğunu bildirib və növbədənkənar bələdiyyə seçkiləri keçirilməsini tələb edib. O, jurnalistə qısa müsahibəsində deyib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Marutyanla koalisiya quracaq və qaliblər sırasında olacaq. Hakimiyyətin səriştəsizliyinin nəticəsində əhalinin ölkəni tərk etməsi də sözügedən aksiyada dəfələrlə yada salınıb.
Nəsib Qaramanlı