20.09.2024, 06:43
AZ EN
27.02.2023, 16:49 330

Ruben depressiyaya düşüb

XƏBƏRLƏR
  • Moskvanın emissarı Ruben Vartanyanın "vəzifəsindən" qovulması haylar arasında müxtəlif fikirlər yaradıb. "Joğovurt" qəzeti yazır ki, bu gözlənilən idi və Nikol Paşinyanın razılığı ilə həyata keçirilib. Araik Harutyunyanın onun haqqında dediyi xoş sözlərə isə yalnız ağlı başında olmayan şəxslər inana bilər.

Bəzi hayların onu xilaskar kimi təqdim etməsi isə digərlərini bir sıra faktları açıqlamağa vadar edir. Youtubda yerləşdirilmiş çıxışları ilə gündəmə gələn Kristina adlı sosial şəbəkə istifadəçisi bu gün belə bir açıqlama verib ki, Ruben Vartanyanı hamı milyarder bilərək, xalq yolunda vəsait buraxacağına inansa da əksinə olub. Belə ki, o, Ermənistan hökumətinin Xankəndi separatçılarına ayırdığı pulu öz adına çıxaraq nəzərdə tutulmuş istiqamətdə deyil, başqa məqsədlər üçün xərcləyib. Xankəndidə keçirilmiş izdihamlı mitinqə gətirilənlərə də həmin puldan paylanıldığını bildirən Karine onu da açıqlayıb ki, Ruben pul xərcləyən deyil, o "pulla pul qazanıb" varlanan birisidir.

Araik Harutyunyana qarşı çıxanların çoxunu da "maddi maraq vətənpərvəri" adlandıran bu qalmaqallı yazar belə bir açıqlama da verib ki, nə İrəvan, nə də Moskva Rubeni qəbul etmir, ona görə də Araik Harutyunyan ona Xankəndi şəhərində müvəqqəti yaşamaq üçün icazə verib və siyasətlə məşğul olmağa cəhd edəcəyi təqdirdə qovulacağı barədə ciddi xəbərdarlıq edib.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR