Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Baş nazirin sözlərinə görə, İrəvan və Pekin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
O bildirib ki, əlaqələrin dərinləşməsi və genişlənməsinə ümid edir.
"Həmsöhbətlər beynəlxalq əhəmiyyətli bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. Yaxın gələcəkdə Ermənistan-Çin əməkdaşlığının həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda inkişaf edəcəyinə əminliklərini ifadə ediblər", - məlumatda qeyd olunur. (Report)