Əlavə olunub ki, ölkənin indiki iqtisadi durumunda başqa yerlərdə istirahətə getmək doğru deyil, sakinlər həmin vəsaiti öz respublikasında xərcləyib ölkəyə fayda verə bilərlər. Sərnişinlərə xüsusi tərzdə xəbərdarlıq edilir ki, dincəldikləri yerlərdə hakimiyyətin, baş nazirin ünvanına tənqidi fikirlər səsləndirsələr, ölkəyə qayıtdıqdan sonra qanun qarşısında cavab verməli olacaqlar.
Bu isə sərnişinlərin narazılığına səbəb olur. Onlar belə ölkədə yaşamağın çətin olduğunu vurğulayaraq Paşinyan komandasının ünvanına tənqidi fikirlər səsləndirilməsini demokratiyanın boğulması kimi dəyərləndirirlər.
Əlavə edək ki, bu xəbər hazırda facebook sosial şəbəkəsində geniş müzakirə olunmaqdadır.
N.Qaramanlı