Ermənistan müxalifəti son günlər həm hakimiyyətin, həm də baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın ünvanına korrupsiya ittihamları səsləndirməkdədir. Vurğulanır ki, Anna Hakopyan müxtəlif xeyriyyə aksiyası keçirib donorların "Mənim addımım" fonduna keçirdikləri pulları mənimsəyir. Bunun növbəti böhtan olduğunu bildirən "Mənim addımım" fondunun icraçı direktoru Mxitar Hayrapetyan "Tert.am"a verdiyi müsahibəsində vurğulayıb ki, ümumiyyətlə, fondun donorlarının adları məxfi saxlanılır. Bu və ya digər formada təşkil edilən tədbirdə xərclənən vəsaitə isə kollegial nəzarət olunur. Anna Hakopyana tədbir üçün nə verilirsə o həmin vəsaitin hara və necə xərclənməsi barədə sənəd təqdim edir, bundan sonra isə araşdırma aparılır. Annaya qarşı irəli sürülən ittihamların məhz Nikol Paşinyanın nüfuzuna xələl gətirilməsi məqsədilə edildiyini bildirən icraçı direktor yeri gələrsə müxalifəti məhkəmə qarşısında cavab verməyə məcbur edəcəklərini də qeyd edib.
Xatırladaq ki, Anna Hakopyan ötən ildə korrupsiyaya qurşanmaqda ittiham olunurdu.
Nəsib