21.11.2024, 22:49
AZ EN
16.02.2023, 15:12 317

Erməni politoloq münasibətlərin yaxşılaşmasına inanır

XƏBƏRLƏR

Erməni politoloq Stepan Qriqoryanın dünən İctimai TV-nin "Müsahibə" verilişindəki şərhləri bir sıra aspektdən maraq doğurur. O, jurnalistin Türkiyə-Ermənistan münasibətləri barədə sualı ilə bağlı bildirib ki, Ermənistan qonşu ölkəyə başsağlığı verməklə və oraya humanitar yardım göndərməklə həm də danışıqların aparılması üçün hazır olduğunu açıqlamış oldu. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fəlakət bölgəsində olmasını və Türkiyənin baş diplomatı Mövlud  Çavuşoğlu ilə öncə təkbətək, sonra geniş tərkibdə görüşü barədə məlumatların onda yaxşı ovqat yaratdığını bildirən politoloq Ermənistanla Türkiyə arasında danışıqlarda Ermənistanı təmsil edən xüsusi nümayəndə Ruben Rubinyanın da sözügedən səfərdə iştirakını müsbət hal hesab edərək vurğulayıb ki, bununlada Ermənistan özünü beynəlxalq subyekt kimi tanıda bilib.

O, Türkiyədə böyük dağıntılara və insan itkisinə görə özünün də kədərləndiyini qeyd etməklə yanaşı bəzi soydaşlarının faciədən istifadə edərək müəyyən qeyri-insani ifadələr işlətməsinə də təssüfləndiyini dilə gətirib. Türkiyə Prezidenti R.T.Ərdoğanın iradəli və bacarıqlı dövlət başçısı olduğunu etiraf edən S.Qriqoryan əminliklə bildirib ki, iki ölkə arasında münasibətlər getdikcə istiləşəcək və bunun tərəflərə yalnız faydası olacaqdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər