26.07.2025, 04:33
AZ EN
20.08.2024, 09:26 391

Serj Sarkisyan siyasi naşılığını davam etdirir

XƏBƏRLƏR
  • "Hraparak"ın bugünkü sayında bildirilir ki, Ermənistanın üçüncü prezidenti, separatçı başçılarından olan Serj Sarkisyan son aylarda daha da fəallaşıb.

O, təkcə Ermənistanda deyil, xaricdə yaşayan soydaşları arasında da təbliğat işlərini genişləndirib. Əlavə olunub ki, o, bu günlərdə Rusiyada  qısamüddətli səfərdə olub və Moskva yaxınlığında yaşayan erməni  icmasının nümayəndələri ilə görüşdə mövcud durum barədə fikir mübadiləsi aparıb. Ermənistanın indiki hakimiyyətinin ünvanına kəskin ifadələr işlədən S.Sarkisyan növbəti seçkilərə indidən hazırlaşmağın vacibliyini bildirib. Özünü xalqının etibarlı rəhbəri kimi təqdim edən qatil Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı olduğunu da vurğulayıb. Deyib ki, guya özü baş nazir olsa idi nə müharibə olardı, nə də haylar Qarabağdan köçüb gələrdilər. Reallığı indi də dərk etməyən Serj Sarkisyanın növbəti uydurmaları hakim "Vətəndaş müqaviləsi" partiyasının funksionerlərinin kəskin reaksiyasına səbəb olub. Bildirilib ki, o, müasir siyasətdən baş çıxarmayan, 90-cı illərin eyforiyasından hələ də ayılmayan diletantdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər