- "Hraparak" xəbər yayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq məzuniyyətini başa vuraraq işə çıxıb. O, məzuniyyətdən sonra daha çox mövsümlə bağlı iqtisadi məsələlər maraqlanıb və Bədəltan qardaşlarının 2021-ci ildə məhz Paşinyanın dəstəyi ilə yaratdıqları "Fanftut" məhdud məsuliyyətli cəmiyyətin işi ilə yaxından tanış olmaq üçün Araqacavan kəndinin yaxınlığında salınmış 270 hektar bağlara baş çəkib.
Baş nazirə məlumat verilib ki, bu il bağlardan nəzərdə tutulandan çox meyvə yığmaq imkanı var. N.Paşinyanın qardaşlara məsləhət və tapşırıqlar verdiyini xəbərə əlavə edən "Hraparak"ın gəldiyi qənaətə görə sözügedən bağdan əldə edilən gəlirin bir hissəsi məhz baş nazirin həyat yoldaşının şəxsi hesabına köçürülür.
N.Qaramanlı