15.06.2025, 02:03
AZ EN
27.02.2023, 13:22 431

Haylar yenə müharibə havasına oynayırlar

XƏBƏRLƏR
  • 44 günlük müharibədə məğlub olub 3 tərəfli bəyanat vasitəsilə mövcudluğu ilə bağlı zəmanətə görə Azərbaycan və Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmaması əngəlləyən Ermənistan hakimiyyətinin son vaxtlar da müxtəlif hoqqadan çıxması aydın şəkildə göstərir ki, növbəti və həm də bu dəfə güzəştsiz yumruğa ehtiyacları var.

Son vaxtlar müharibənin bitmədiyini, sadəcə atəşkəs rejiminin yaradıldığını gündəmə gətirən bəzi hay politoloqlar bu nəticəyə məhz Avropa İttifaqının Ermənistana "mülkü müşahidə missiyası" göndərilməsi ilə gəldiklərini bildirirlər.

Qaqik Vartanyan adlı şəxs isə bütün hay hoqqalarını öz hay üslubunda şərh etməyə çalışır. Göstərir ki, Sov.İKP MK- nın baş katibi M.S.Qorbaçov yenidənqurma proqramı ilə ölkəni demokratiya yoluna çıxarıb Qərbə yaxınlaşdırmaq istəyirdi."Həmin demokratiya uğrunda mübarizə aparan qüvvələr sırasında öndə hayları görürdü", - deyə Q.Vartanyan Qarabağdakı ermənilərin guya, demokratiya uğrunda apardığı mübarizəyə Azərbaycanın mane olduğunu həyasızcasına uydurur. O, daha sonra ermənilər tərəfindən işğal olunmuş ərazilərdən azərbaycanlıların  qovulmadığını, özlərinin şəhərə axışdığı kimi sərsəm fikrini hər yerdə vurğuladığını bildirir və belə bir fikir irəli sürür ki, guya ermənilərin sülhsevər xalq olduğu dünyanın çox ölkələrində qəbul edilib. Daha bir həyasızlıq isə onun Platonun ünvanına söylədiyi fikirdə özünü göstərir. Bu xəstə təxəyyülü haya görə guya, Platonun hər bir fikrinin müəllifi haydır, Platon isə onları ələ keçirərək özününküləşdirib.

Sərsəm fikirlərlə dolu olan və "Hraparak"ın bu gün paylaşdığı xəbərlər sırasında yer alan "Hayastanın, o cümlədən "arsaxın" yeganə xilası" başlıqlı məqaləsinin sonuna yaxın isə bildirir ki, divardan asılmış tüfəng bir gün atəş açaraq kimi isə öldürür. Haylar indi həmin silahı tez götürüb atəş açaraq, qalib gələrlər. Bu xəstə yəqin unudub ki, haylar hər dəfə birinci atəş açsa da sonra diz çöküb aman diləyir. 2020-ci ildə də belə olmadımı?

Nəsib Qaramanlı

Oxşar xəbərlər