22.11.2024, 12:00
AZ EN
03.09.2024, 12:47 256

Baş nazir Qarabağdan köçənləri pərt edib

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, baş nazir Nikol Paşinyan dünən - sentyabrın 2-də yeni dərs ilinin başlanması ilə əlaqədar Qazax rayonu ilə sərhəddəki Kirənc kəndinə gəlib və vəziyyətlə yerində tanış olub. O,əhalinin təhlükəsizliyi ilə bağlı bütün işlərin yaxşı səviyyədə olduğunu bildirib, sərhəddən cəmi 100 metr məsafədə olan məktəbdə şagirdlər və müəllimlər üçün hər cür şərait yaradıldığından məmnunluq ifadə edib.

Kənd sakini Karen Qazaryan isə müxbirlə söhbətində - "Öz heyəti ilə gəlmişdi. Mülki geyimli polislər, kənddəki bir neçə dövlət qulluqçusu və başdan ayağa yoxlanılmış uşaqlar onları qarşıladılar. Təhlükəsizlik xidmətinin əməkdaşları məktəbli skamyalarının altında da bomba axtarırdılar, belə yaşamaqmı olar?"- deyə kənd sakinlərinin baş nazirdən narazı olduqlarını vurğulayıb.

Sonda qeyd olunub ki, "2 sentyabr arsax günü"ndə tədbirdə deyil, bir kənd məktəbində olmaq baş nazirin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımasının real sübutudur.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR