20.09.2024, 01:50
AZ EN
26.06.2024, 16:54 249

Zaxarova: Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir

XƏBƏRLƏR
  • Paris İrəvandan öz fürsətcil məqsədlərinə çatmaq üçün istifadə edir.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, hər yerdə olmaq və heç bir məsuliyyət daşımamaq Fransanın siyasətinə xas xüsusiyyətdir: “Cənubi Qafqazdakı münaqişə kontekstində isə Fransa tərəfinin onu həll etmək üçün milyonlarla imkanları var idi, məsələn, Minsk razılaşmaları.

Bu yalnız görüntü idi. Əsl təzahürlər başqa yerlərdə idi - anti-Rusiya yolunda Kiyev rejiminə qeyd-şərtsiz dəstək. Əslində isə Paris heç bir sülh müqavilələrində maraqlı olmayıb”. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR