O, çıxışında yenə də qeyri obyektivlik nümayiş etdirərək Azərbaycanın əleyhinə müxtəlif əsassız, uydurmalara dolu fikirlər səsləndirdikdən sonra boş yerlərə yeni təyinatlara razılıq verdiyini bildirərək istintaq komitəsinin intizam komissiyasının üzvlərinin adlarını açıqlayıb. Sonra Ermənistan hökumətinin 2 sentyabr 2021-ci il tarixli 1410 saylı qərarında dəyişikliklər edilməsi barədə məsələyə aydınlıq gətirilib və müvafiq qərarlar qəbul edilib.
Ermənistan ombudsmanının istefasından bir aydan çox vaxt keçməsinə baxmayaraq onun yerinə hələ də seçim edilmədiyi barədə replika isə baş nazir tərəfindən sükutla qarşılanıb.
Ümumiyyətlə isə, bu iclasda da ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirildiyi bildirilsə də, müxalifət mətbuatında yayılan xəbərlər deməyə əsas verir ki, ermənilər yeni fəlakət astanasındadır.
N.Qaramanlı