09.06.2025, 10:46
AZ EN
02.08.2024, 17:32 310

Qarabağ separatçılarının sabiq komandiri müşavir oldu

XƏBƏRLƏR
  • Qarabağ separatçılarının sabiq hərbi birləşmə komandanı Kamo Vardanyan Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri təyin edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Joxovurd” qəzetinin yaydığı məlumatı həmin nəşrə Vardanyan özü də təsdiqləyib.

Xatırladaq ki, Kamo Vardanyan 1966-cı ildə Martuni (indiki Xocavənd) rayonunun Günəşli (keçmiş Noraşen) kəndində anadan olub. 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını, 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. 1992-ci il fevralın 1-dən Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət edir. 1992–2012-ci illərdə ordunun müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini-qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 2007-2012-ci illərdə orduda alpinistlər birliyinin komandiri idi.

2012-ci il noyabrın 12-də qondarma "Dağlıq Qarabağ Müdafiə Ordusu"nda Baş Qərargah rəisinin birinci müavini təyin edilib. 2011-ci ildə ona general-mayor hərbi rütbəsi verilib. 2021-ci ilin sentyabrında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri təyin olunub. O, 1992-1994-cü illərdə hərbi əməliyyatlarda, 2016-cı il aprel döyüşlərində və 2020-ci ilin sentyabrında başlanan 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.

Elxan SALAHOV

Oxşar xəbərlər