21.11.2024, 18:21
AZ EN
23.06.2023, 09:48 253

Ermənistan təhlükəli gedişlər edir

XƏBƏRLƏR
  • "Ermənistan hakimiyyəti müttəfiqi Rusiyaya qarşı növbəti təxribatçı kurs götürüb. Bu günlərdə məlum olub ki, Avropa Şurasının müdafiə məsələləri komissiyasının sədri Natali Lyuazon, Avropa parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının üzvlərindən ibarət olan Avropa İttifaqının nümayəndə heyəti Sisyan hava limanına eniş edib. Xatırladaq ki, 44 günlük müharibədən sonra Sisyan hava limanına rus sülhməramlıları yiyəlik edir və yaxın ərazidə onun böyük poliqonu var.

Hava limanında onları Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Riddern və Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin qarşılayıb. Müşahidəçilər tvitter səhifəsində diqqət çəkən paylaşım ediblər ki , ...Laçın dəhlizi yaxınlığında patrul fəaliyyəti həyata keçirəcəklər". Bu sətirlər "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın "Təhlükəli gedişlər" başlıqlı məqaləsində yazılıb.

Müəllif daha sonra yazır ki, hakimiyyətin Zəngəzurla, xüsusilə Aİ müşahidə missiyası ilə bağlı mövqeyi, rus kontingentinin nəzarətindəki ərazidə olmaları Rusiyada kəskin narazılığa səbəb olub.

Bunun Ermənistan üçün acı nəticələrə gətirib çıxaracağını vurğulayan müəllif əlavə edib ki, parlamentin son iclasında KTMT ilə bağlı müzakirələr də keçirilib. Amma orada nə danışıldığı barədə mətbuata məlumat verilməyib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər