21.11.2024, 18:41
AZ EN
09.02.2023, 11:47 380

Müxalifət baş prokuroru rüşvətxorluqda suçlayır

XƏBƏRLƏR
  • Fevralın 8-də ermənilərin parlamentində Xocalı qatili, sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı qəbul olunan qərar əsasında onun toxunulmazlığı ləğv edilib və barəsində əməliyyat-istintaq hərəkətləri davam edir. Parlamentin bugünkü iclasında isə "Hayastan" fraksiyasının daha bir üzvü - Armen Carçyanın deputat toxunulmazlığı barədə qərar qəbul edilib. Ermənistan mətbuatında fevralın 9-da yayılmış müxtəlif xəbərlər belə deməyə imkan verir.

O da vurğulanır ki, müxalifət partiyaları bu qərarı kəskin tənqid edib. Bildirilir ki, bu sırf siyasi dəllallıqdır və heç bir hüquqi nəticə verməyəcək. Bununla yanaşı baş prokuror Anna Vartapetyan barədə müxtəlif ittihamlar səsləndiriblər. Vurğulanıb ki, Anna baş prokuror olanadək sadə həyat keçirib, amma son bir ildə o aldığı rüşvət hesabına təkcə qarderobunu bahalı paltarlara doldurmayıb, həm də yaşam tərzini dəyişib, özünə bahalı avtomobil alıb, evində iki xidmətçi saxlayır. Onun həm də keçmiş iqtidarın vaxtında işlədiyi, sabiq ədliyyə naziri ilə isə sevgi məcarəlarının olduğunu yenidən gündəmə gətirən müxaliflər yaxın günlərdə baş prokuroru məhkəməyə verəcəklərini də vurğulayıblar. Xəbəri "Hraparak" yayıb.

Nəsib

Oxşar xəbərlər