08.06.2025, 00:21
AZ EN
27.10.2023, 20:45 312

Klassik erməni siyasəti - İrəvan yenə himayə axtarır

XƏBƏRLƏR
  • Ermənistan həmişə manipulyativ siyasət aparır.

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu, klassik erməni siyasətidir.

"Onların bu siyasəti keçmişdən özünü büruzə verən davranışlardır. Biz tarixə nəzər salsaq, görərik ki, onlar himayəsində olduğu dövlətlərə hər dəfə xəyanət ediblər.

Ermənistan indiki şəraitdə özünü müxtəlif qütblərin himayəsinə təqdim etməyə cəhd göstərir. Ermənistan baş naziri Nikol Paşinyan müxtəlif platformalardan istifadə edərək, özünü sülhpərvər göstərməyə çalışır. Halbuki Ermənistanın uzun illərdən bəri davam edən "fəaliyyəti" nəticəsində Cənubi Qafqaza sülhün gəlməsi mümkün olmayıb.

Prinsip etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu prosesin dönülməz olduğu hər kəsə məlumdur. Ermənistan cəmiyyəti də bunu etiraf etməkdədir.

Ermənistanın bölgəyə gətirmək istədiyi üçüncü qüvvələr, o cümlədən, Fransa regionda bu ölkənin növbəti himayəçisi olmaq istəyir. eyni zamanda, Ermənistan Fransanın forpostu kimi çıxış etmək niyyətindədir”, - deyə E.Mirzbəyli əlavə edib.(Trend)

Oxşar xəbərlər