Azərbaycanın səylərinə baxmayaraq Qarabağdan könüllü köçən ermənilərin bir hissəsi İrəvandakı qohumlarının yanına, əksəriyyəti isə hökumət tərəfindən yaradılmış qərargah vasitəsi ilə müxtəlif vilayatlərə göndərilib və mətbuatın yazdığına görə, artıq onların çoxu məskunlaşdırılıb. Məsələn, Çəmbərək icmasının başçısı "Oraqir" portalına verdiyi müsahibədə deyib ki, əvvəllər azərbaycanlıların yaşadıqları kəndlərdəki boş evlərə 100-dən artıq "qarabağlı" erməni yerləşdirilib və onlara müxtəlif təyinatlı yardımlar davam etdirilir. ARM NewsHour isə xəbər verir ki, "Qarabağ" klanının şaiyələrlə Ermənistana gətirdiyi adamların məhz İrəvanda məskunlaşmasını tələb etməsi yalnız araqarışdırmaq meyillərindən irəli gəlir. Daha sonra ironiya ilə vurğulanır ki, İrəvan şəhəri uşaq əlində olan bəzəkli şar deyil ha deyil, üfürəsən dola, sonra isə partlaya.
N.Qaramanlı