19.10.2024, 23:26
AZ EN
24.04.2024, 11:59 220

Erməni fitnəsi davam edir

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, tarixi reallığı, həqiqəti qəbul etməyən, yalan və böhtan üzərində qurulan antitürk siyasəti daim davam edən erməni qriqorian kilsəsi həm də terrorçuluğu təbliğ və həyata keçirən bəlkə də, yeganə dini qurumdur. Bu "Hraparak"ın bu günkü yayımında da açıq-aşkar görünür. Belə ki, katalikos Aram A tarixdə olmayan "erməni soyqırımının 109-cu ildönümü ilə bağlı" Türkiyənin Prezidenti R.T.Ərdoğana müraciət ünvanlayıb.

O,yazıb ki,Türkiyə aprelin 24-dəki olayları soyqırımı kimi tanımadığını bildirsə də guya bu belə deyil. Katalikos din xadiminə yaraşmayan ifadə də işlədib. Belə ki, o, müraciətin əvvəlində Cənab Ərdoğan sözlərini işlətsə də daha sonra belə yazıb: Sənin babaların mənim babalarıma qarşı soyqırımı həyata keçirib". Məlum olduğu kimi, cənab bütün dillərdə hörmət əlaməti olaraq işlədilən müraciət formasıdır. Böyük bir dövlətin başçısına " cənab"- deyə müraciət edəndən sonra ona "sən" demək isə ən azı etikadan kənardır və qəbuledilməzdir.Amma burada bir reallıq da var. Belə ki, ermənidən etikalı davranış gözləmək ən azı sadəlövhlükdür.

Nəsib Qaramanlı

Oxşar xəbərlər