Fevralın 22-də "Ordudan nə istəyirsiniz?" başlıqlı məqaləsində yenidən hakimiyyəti, demək həm də qızının həyat yoldaşını, el təbirincə desək, quru yuyub, yaş sərib.
O, yazır: "Məlumdur ki, insanlar müxalif olurlar. Biri almanı, biri üzümü, biri armudu xoşlayır, biri futbol, digəri basketbol azarkeşidir. Amma bu o demək deyil ki, almanı sevən digərinə yalnız alma bağları salmağa, armudun kökünü kəsməyə məcbur etsin. Yaxud futbola baxanlar tələb etsin ki, basketbol bir oyun növü kimi ləğv edilsin. "Belələrini özündən razı, müştəbeh adlandıran A.Ohanyan sonra əsl mətləbə keçərək yazır ki, erməni ordusunun, hərbi birliklərin və müdafiə məsələləri ilə məşğul olan digər qurumların durumuna baxdıqca bədbin olmamaq mümkün deyil.
Hansısa qüsuruna görə hərbi xidmət keçməyən gəncin də hakimiyyətdəkilər kimi orduya barmaqarası baxdığının şahidi olduğunu deyən müxalif jurnalist əlavə edib ki, ordunu təchiz etməyən, əsgərlərin yeməyini verməyən, onları incidən hakimiyyət hər vasitə ilə çalışır ki, həyatımız və ölkəmiz ordusuz olsun. O belələrinin ciddi cəzalandırılmasının vaxtının ötdüyünü isə xüsusi vurğulayıb.
Nəsib Qaramanlı